13 oktyabr, 2022-ci ildə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber) “Ekoloji, Sosial, Korporativ İdarəetmə” işçi Komitəsinin açılışı olub.

13 oktyabr, 2022-ci ildə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber) “Ekoloji, Sosial, Korporativ İdarəetmə” işçi Komitəsinin açılışı olub.

Sharing is caring!

13 oktyabr, 2022-ci ildə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber) “Ekoloji, Sosial, Korporativ İdarəetmə” işçi Komitəsinin açılışı olub.

Tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin iqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev və ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov qonaq məruzəçi qismində çıxış ediblər. Tədbirdə özəl sektor təmsilçiləri və üzv şirkətlərin nümayəndələri iştirak edib.

Tədbirin əsas məqsədi dövlət və özəl sektor nümayəndələrini AFchamber “Ekoloji, Sosial, Korporativ İdarəetmə” işçi Komitəsi ilə tanış etmək, komitənin gələcək planlarından danışmaq və xüsusilə də Ekoloji, Sosial, Korporativ İdarəetmə” (ESG) mövzusuna daha çox diqqət cəlb etmək idi.

Tədbir AFchamber-in İdarəedici direktoru Zibər Hüseynovanın açılış nitqi ilə başlayıb.

Daha sonra Komitənin sədri İlahə Əmirbəyova, “Ekoloji, Sosial, Korporativ İdarəetmə” işçi Komitəsi ilə bağlı məlumat verib, Komitənin müxtəlif şirkətlərə ən yaxşı təcrübələrini bölüşmək, məlumatlılığı artırmaq, problem və imkanları müzakirə edib mövcud problemləri həll etmək üçün strategiyalar, layihələr hazırlayıb həyata keçirmək məqsədi daşıdığını bildirib.

Tədbir komitənin sədr müavini Mədinə Məmmədovanın moderatorluğu ilə davam edib.

Anar Kərimov çıxışı zamanı ESG prinsiplərinin sosial meyarlarına aid olan işçi hüquqlarının qorunması və ədalətli əməkhaqqı, iş yerində müxtəliflik və inkluzivliyin qorunmasını nəzərdə tutan nizamnamələr, mexanizmlər və siyasətlərin formalaşdırılması, aparılan sosial islahatlar barədə geniş məlumat verib.

Vüsal Şıxəliyev öz çıxışında bildirib ki, Azərbaycan artıq ESG amillərini öz milli siyasətlərinə inteqrasiya edib, belə ki, həm “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, həm də “Azərbaycan Respublikasının 2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyası” ESG-nin hər üç aspektini özündə birləşdirir.

Faiq Mütəllimov çıxışında korporativ idarəetmə sistemi, uzunmüddətli məqsədlər və strategiyalar, korporativ risklər ilə birlikdə biznes etikası və korporativ şəffaqlıqdan söz açdı və ekologiya sahəsində özəl şirkətləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığa dəvət edib.

Tədbir qonaq məruzəçilərin iştirakçıların suallarını cavablandırması ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.