AFcamber İnsan Resursları və Əməyin Tənzimləməsi və Qadın Professionallar Komitələri Samira Şabanova ilə birgə tədbir keçirtdi.

AFcamber İnsan Resursları və Əməyin Tənzimləməsi və Qadın Professionallar Komitələri Samira Şabanova ilə birgə tədbir keçirtdi.

Sharing is caring!

22 iyun 2022-ci ildə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İnsan Resursları, Əməyin Tənzimləməsi və Qadın Professionallar Komitələrinin birgə başlatdığı silsilə tədbirlərdən “Wellbeing” mövzusunda ilki baş tutub Tədbirdə EY şirkətinin İnsan Resursları üzrə Direktoru Samirə Şabanova qonaq məruzəçi qismində iştirak edib.

Tədbir Samirə Şabanovanın təqdimatı ilə başlayıb. O, öz təcrübəsini tamaşaçılarla bölüşərək, işçilərin rifahının nə qədər vacib olduğunu vurğulayıb. Samira Şabanova iş və şəxsi həyatı bir-birindən ayırmağın, fiziki fəaliyyətə vaxt ayırmağın nə qədər əhəmiyyətli olduğundan və şirkətlərdə işçilərin yerinə yetirdiyi tapşırıqların keyfiyyətinə təsir edən rifahla bağlı korporativ siyasətlərin olmasının vacibliyindən danışıb. Samirə Şabanova onu da qeyd edib ki, işçilərin psixoloji vəziyyətinə də diqqət yetirmək, onlara lazımi diqqət göstərmək – sağlam mühit yaratmaq lazımdır ki, işçilərin heç biri özünü artıq hiss etməsin, töhfələrinin qiymətləndirildiyini hiss etsinlər.

“Qızıl Qaydada deyilir: “İnsanlarla sizinlə rəftar edilməsini istədiyiniz kimi davranın”. Amma Platin Qaydası deyir: “İnsanlarla onların rəftar edilmək istədikləri qaydayda davranın”. İkinci qayda doğrudur, çünki biz insanlarda üstünlüklərə və xarakterlərə diqqət yetirməliyik.” deyə Samirə Şabanova bildirib.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.