AFchamber, ALSTOM, LU-MUN Holdinq və Bacardım ilə tərəfdaşlıq çərçivəsində uşaq evində yaşayan 13-15 yaşlı 25 Uşaq üçün “Karyera İnkişafı” Təlim Proqramı Təşkil etdi.
3-4 iyun tarixlərində AFchamber “ALSTOM”, “LU-MUN Holding” və “Bacardım” şirkətləri ilə birgə uşaq evində yaşayan 13-15 yaşlı 25 uşaq üçün dəyişiklik yaradacaq “Karyera inkişafı” təlim proqramı təşkil etmişdir.
İki günlük təlimin məqsədi şəxsi inkişafı təşviq etmək və uşaqları uğurlu gələcəyə hazırlamaq üçün əsas bacarıq və bilikləri öyrətmək idi.
Proqram dörd fərqli sahədə müxtəlif fəaliyyətləri əhatə edirdi: aşpazlıq, moda dizaynı, mühəndislik və tibb bacısı.
Təlim zamanı uşaqlar yoqa – meditasiya dərslərinə və maliyyə savadlılığı seminarına da qatılıblar. Bundan əlavə, uşaqlar emosional intellekt, zorakılıq vəziyyətlərində necə davranmaq və güclü sosial bacarıqları inkişaf etdirmək haqqında məlumatlar öyrəndilər.
“ALSTOM”, “LU-MUN Holding”, “Bacardım”, “Ibis Baku City Hotel” və bu təlim proqramının uğurla keçməsində əməyi olan bütün mentorlara dərin minnətdarlığımızı bildiririk.