AFchamber Dentons şirkəti ilə birgə “Tanımalı olduğunuz qadınlar” adlı tədbir keçirtdi
6 may 2022-ci il tarixində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Dentons şirkəti ilə başlatdığı “Tanımalı olduğunuz qadınlar” adlı yeni silsilə tədbirlərin ilkini həyata keçirtdi. Ülviyyə Bockin-Zeynalovanın moderatorluq etdiyi tədbirin ilk qonaq məruzəçisi Schlumberger-nin Azərbaycan və Türkmənistan üzrə idarəedici direktoru Maria Yunda oldu.
Tədbir AFchamber-in idarəedici direktoru Zibər Hüseynova və Dentons şirkətinin Bakı ofisinin partnyoru və idarəedici məsul şəxsi Ülviyyə Bockin-Zeynalovanın açılış nitqi ilə başladı
Tədbirdə Schlumberger-nin Azərbaycan və Türkmənistan üzrə idarəedici direktoru Maria Yunda qonaq məruzəçi qismində iştirak etdi. Əsasən kişilərin üstünlük təşkil etdiyi mühəndislik sahəsində bir qadın mühəndis kimi rəhbər səviyyəyə qədər yüksələn Maria Yunda çıxışında öz uğurlu təcrübələrini, həmçinin üzləşdiyi çətinlikləri iştirakçılarla bölüşdü. Maria Yunda bildirdi ki, hazırda Azərbaycanda kifayət qədər uğurlu qadın mühəndislər fəalliyət göstərir və onların bu sahəyə verdiyi tövfələr diqqətəlayiqdir.
Tədbirdə AFchamber-in üzv şirkətlərinin nümayəndələri, eləcə də yerli və beynəlxalq şirkətlərdən qadın mütəxəssislər, həmçinin UFAZ-ın mühəndislik fakultəsinin tələbələri iştirak ediblər.
Tədbir sual-cavab sessiyası ilə davam edib.