AFchamber ESG Komitəsi, Sustainera, Deloitte Azərbaycan və UN Global Compact ilə tərəfdaşlıq çərçivəsində “Korporativ Davamlılıq” mövzusunda İki Günlük Təlim Proqramını Uğurla Təşkil etdi.

AFchamber ESG Komitəsi, Sustainera, Deloitte Azərbaycan və UN Global Compact ilə tərəfdaşlıq çərçivəsində “Korporativ Davamlılıq” mövzusunda İki Günlük Təlim Proqramını Uğurla Təşkil etdi.

Sharing is caring!

12-13 iyun tarixlərində AFchamber ESG Komitəsi, Sustainera Research & Consulting, Deloitte Azərbaycan və UN Global Compact şirkətlərinin tərəfdaşlığı ilə “Korporativ Davamlılıq” mövzusunda iki günlük təlim proqramını uğurla təşkil etmişdir.

Təlimin məqsədi iştirakçılara korporativ davamlılığın prinsipləri, funksiyaları və praktik tətbiqləri, həmçinin təşkilatlarında davamlılığı təşviq etmək üçün zəruri olan metodologiya və alətlər haqqında hərtərəfli anlayışla təchiz etməkdir.

İki günlük təlim proqramına Azərbaycandakı Deloitte şirkətindən təlimçi, ESG Komitəsinin sədr müavini Mədinə Məmmədova və Sustainera şirkətindən təlimçi Nicat Qarayev rəhbərlik ediblər.

Qonaq məruzəçilər – Azercell-in Hüquq, Etika və Uyğunluq üzrə Direktoru Şirin Əliyeva, Un Global Compact ölkə üzrə meneceri Samir Məmmədov və ADB-in Baş İnvestisiya Mütəxəssisi Sənan Şabanov davamlı inkişafla bağlı məsələlərə dair öz təcrübələrini və dəyərli praktiki işlərini bölüşdülər. .

İki günlük təlim proqramı bağlanış mərasimi ilə yekunlaşıb və iştirakçılara proqramı müvəffəqiyyətlə bitirdiklərini təsdiq edən sertifikatlar təqdim olunub.
Təlimçilərimizə və qonaq məruzəçilərimizə bu təlim proqramının uğuruna dəyərli töhfələrinə görə təşəkkür edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.