AFchamber “Executives Talk” səhər yeməyi tədbiri həyata keçirdi.

AFchamber “Executives Talk” səhər yeməyi tədbiri həyata keçirdi.

Sharing is caring!

4 aprel 2023-cü il tarixindəAzərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber) palataya üzv olan şirkətlərin baş direktorları və şirkət direktorları üçün “Talent Retention” mövzusunda “Executives Talk” səhər yeməyi tədbiri həyata keçirdi.

AFchamber-ın icraçı direktoru Ziber Hüseynovanın açılış nitqi ilə başlayan tədbir Societe Generale Korporativ və İnvestisiya Bankçılığının (SG) regional nümayəndəsi Teybə Quliyeva və TotalEnergies Azərbaycan şirkətinin idarəedici direktoru və ölkə üzrə sədri Régis Agut tərəfindən idarə olundu.

Tədbirin məqsədi “Talent Retention” mövzusunda yeni problemləri müzakirə etmək, həll yollarını və qabaqcıl təcrübələri bölüşmək idi. Tədbirdə iştirak edən direktorlar yeni nəsillərin gözləntilərinə, hibrid iş imkanlarına, iş-həyat balansına və inklüziv siyasətin əhəmiyyətinə toxundular. Rəhbərlər gənc nəsil işçiləri cəlb etməklə şirkət arasında daha çox müzakirələr aparmağa, İR-ləri gücləndirməyə, iş mühitini yaxşılaşdırmağa razılaşdılar. Bundan əlavə, onlar qlobal bazarda özəl sektorda tətbiq oluna bilən mövcud ən yaxşı təcrübələri bölüşdülər.

Tədbir mövzunun sonrakı müzakirəsi və şəbəkələşmə sessiyası ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.