AFchamber HR Akademiyası III fəaliyyətə başladı!
19 Noyabr 2022-ci il tarixində, AFchamber HR Akademiyası gənc HR mütəxəssislərə və tələbələrə öz bacarıq və biliklərini praktiki yollarla təkmilləşdirmək və əmək bazarına hazırlaşmaq üçün 2 aylıq təlim proqramına başladı.
İlk təlim sessiyasının açılış nitqini İnsan Resursları və Əməyin Tənzimlənməsi Komitəsinin sədri Samirə Nəcəfova etdi. O, AFchamber HR Akademiyası və proqram təfərrüatları haqqında iştirakçılara ətraflı məlumat Verdi.
İlk sessiyada təlimçi kimi İnsan Resursları və Əmək Tənzimləmə Komitəsinin müavini və Baker Tilly Azərbaycan şirkətinin HR meneceri Təranə Qurbanova iştirak etmişdir. O, HR menecmenti üzrə təcrübəsini iştirakçılarla bölüşdü. Təranə Qurbanova kadrların idarə edilməsinin əsasları və əmək münasibətlərinin tənzimlənməsi haqqında danışdı.