AFchamber İnsan Resursları və Əmək Tənzimləmə Komitəsi “Əmək və Məşğulluq” (ƏMAS) altsistemində tətbiq olunan yeniliklərlə bağlı onlayn tədbir keçirib!

AFchamber İnsan Resursları və Əmək Tənzimləmə Komitəsi “Əmək və Məşğulluq” (ƏMAS) altsistemində tətbiq olunan yeniliklərlə bağlı onlayn tədbir keçirib!

Sharing is caring!

7 Dekabr, 2022-ci il tarixində AFchamber İnsan Resursları və Əmək Tənzimləmə Komitəsi qonaq məruzəçi DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Vüsal Məsiyevin iştirakı ilə “Əmək və Məşğulluq” (ƏMAS) altsistemindəki innovasiyalara dair onlayn tədbir keçirib.

Tədbir AFchamber İnsan Resursları və Əmək Tənzimləmə Komitəsinin sədri Samirə Nəcəfovanın açılış nitqi ilə başlayıb.

Tədbirdə qonaq məruzəçi Vüsal Məsiyev ƏMAS alt sistemindəki yeniliklərdən, sistemin vətəndaşlar və işəgötürənlər üçün üstünlüklərindən danışıb. O, vurğulayıb ki, ƏMAS-da işsiz və işaxtaranlarla yanaşı, işə qəbul olunanlar üçün də şəxsi kabinet yaradılır ki, işə qəbul olunmuş və ya işə qəbul prosesində olan şəxs onunla bağlanmış əmək müqaviləsi ilə tanış ola, əmək fəaliyyətləri haqqında məlumatları, müvafiq əmrləri, sorğuları idarə edə bilər.

Tədbir Vüsal Məsiyevlə iştirakçılar arasında canlı müzakirə və sual-cavab sessiyası ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.