AFchamber növbəti Netvorkinq tədbirini həyata keçirdi
7 oktyabr 2021-ci il tarixində AFchamber “Chabiant Winery”nin tərəfdaşlığı ilə növbəti netvorkinq tədbirini uğurla həyata keçirdi.
Tədbirdə Fransa Respublikasının Azərbaycandakı səfiri Zakari Qros, Palatanın İdarə Heyətinin üzvləri, üzv şirkətlərin direktorları və tərəfdaş şirkətlər iştirak etdilər.
Tədbirdə Fransanın Azərbaycandakı səfiri Zakari Qros çıxış etdi və hər kəsə yeni biznes mövsümündə uğurlar arzu etdi. Həmçinin AFchamber-in İdarə Heyətinin sədri Teybə Quliyeva, İdarəedici Direktoru Zibər Hüseynova çıxış edərək Palatanın və tərkibindəki Komitələrin hazırkı biznes rübü üçün nəzərdə tutulan fəaliyyət planını təqdim etdilər, gələcək planlar haqqında ətraflı məlumat verdilər. İştirakçılar bir-biriləri ilə ünsiyyətdə olub mümkün olan əməkdaşlıq imkanları barədə danışdı, eləcə də gələcək biznes fəaliyyətləri barədə müzakirələr apardılar.