AFchamber Pasha Property Management ilə birgə “İncəsənət Sərgisi və Satışı” adlı sosial tədbir təşkil edib.

AFchamber Pasha Property Management ilə birgə “İncəsənət Sərgisi və Satışı” adlı sosial tədbir təşkil edib.

Sharing is caring!

Mayın 25-də AFchamber Pasha Property Management ilə birgə tərəfdaşlıqla Crescent Bay Baku binasında 11 qadın rəssama dəstək olmaq və qadınlar və uşaqlarla işləyən üç sosial layihəni təqdim etmək məqsədi ilə “İncəsənət Sərgisi və Satışı” adlı sosial tədbir təşkil edib.

Tədbir AFchamber icraçı direktoru Zibər Hüseynovanın açılış nitqi ilə başlayıb. “Pasha Property Management” şirkətinin baş kommersiya direktoru Elçin Qədimov işgüzar dairələrə Azərbaycanda, Bakıda Xəzər dənizi sahilində hazırda tikilməkdə olan “Crescent Bay Baku Building” göydələn kompleksi haqqında təqdimatla çıxış edib.

Daha sonra “Pasha Property Management” şirkətinin baş direktoru Fuad Kərimov çıxış edərək bütün qonaqları və sənətçiləri salamlayıb.

Tədbirdə Günel İsakova, Fatma Qurbanova və Ülviyyə Zeynalova-Bockinin “Bacardım”, “Qızlar Oxusun”, “For Azerbaijan” sosial layihələri haqqında təqdimatları olub. Bu layihələr fiziki şəxslər və şirkətlərlə əməkdaşlığa açıqdır.

Bu sosial layihəyə dəstək olan Pasha Property Management-ə və tədbirdə iştirak etdikləri üçün qonaqlara təşəkkür edirik.

Tam fotoalbom üçün linkə daxil olun: Burada

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.