AFchamber Qadın Professionallar Komitəsi onlayn seminar keçirdi
1 mart 2022-ci il tarixində, AFchamber Qadın Professionallar Komitəsi psixoloq Gülnarə Əkbərovanın spikerliyi ilə “Ailədə və İş Yerində Zorakılığı Necə Tanımalı?Zorakılığın Tərifi və Onun Növləri” mövzusunda onlayn seminar keçirdi. Tədbir Qadın Professionallar Komitəsinin sədr müavini Nərgiz Vəzirovanın açılış nitqi ilə başladı.
Tədbirin məqsədi ailədə və iş yerindəki müxtəlif növ zorakılıq hallarını ayırd edərək aşkara çıxarılması yolunda maarifləndirmə işi görmək olub. Psixoloq Gülnarə Əkbərova zorakılığın tərifi və növləri haqqında, həmçinin bu kimi halların iş mühitində hansı fəsadlara yol açması mövzusunda geniş təqdimatla çıxış edib. O, Palatanın Qadın Peşəkarlar Komitəsinin bu mövzuya olan xüsusi marağının və maarifləndirici tədbirlərinin əhəmiyyətini vurğulayıb.
Görüş iştirakçıların suallarının cavablandırılması ilə davam edib.