AFchamber TotalEnergies şirkəti ilə birgə “Biznesə Qayıdış” tədbiri keçirdi.
26 sentyabr, 2023-cü il tarixində AFchamber TotalEnergies ilə birgə “Biznesə Qayıdış” adlı tədbir keçirdi.
Tədbirdə Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon, İdarə Heyətinin üzvləri, üzv şirkətlərin direktorları və tərəfdaş şirkətlərin nümayəndələri iştirak ediblər.
AFchamber-in idarəedici direktoru Zibər Hüseynova və Palatanın İdarə Heyətinin sədri Teybə Quliyeva Palata və komitələrin cari ildəki biznes fəaliyyəti barədə məlumat veriblər.
TotalEnergies-in yeni ölkə direktoru Emmanuel de- Guillebon çıxış edərək bütün qonaqları salamladı və onlara uğurlu iş mövsümü arzuladı.
AFchamber “Biznesə Qayıdış” tədbiri biznes imkanlarını müzakirə etmək üçün üzvləri və tərəfdaşları bir araya gətirən uğurlu tədbir oldu.
Tədbir şəbəkələşmə sessiyası ilə davam edib.