AFchamber və Frapin Cognac-ın birgə təşkilatçılığı ilə“Frapin Konyak Dequstasiyası” qapalı tədbiri həyata keçirildi!
14 dekabr, 2022-ci il tarixində AFchamber və Frapin Cognac-ın birgə təşkilatçılığı ilə “Frapin Konyak Dequstasiyası” qapalı tədbiri həyata keçirildi! Tədbirdə AFchamber İdarə Heyətinin üzvləri və üzv şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbir gənc musiqiçi Orxan Əfəndinin canlı caz musiqisi ilə başlayıb. Tədbirin rəsmi hissəsində AFchamber icraçı direktoru Zibər Hüseynova bütün qonaqları salamladı və Frapin Cognac-ın səfiri Florens Davionu təqdim etdi. Florens Davion Frapin Cognac haqqında təqdimata başladı və o, Frapinin ailə tarixi, konyakın hazırlandığı ərazilər, Frapin distilləsi, kustar konyak çeşidi və konyakın daha uzun müddət saxlanılması və optimal keyfiyyəti haqqında məlumatları qonaqlarla paylaşıb.
Təqdimatdan sonra Florens Davion 3 növ Frapin Konyak-VSOP, CIGAR BLEND XO və XO VIP-nin dequstasiya hissəsinə başladı. Tədbir müzakirələr və canlı musiqi ilə davam edib.