AFchamber və TotalEnergies “Corporate Sustainability: Good For Businesses” mövzusunda tədbir keçirdi!
30 noyabr 2022-ci il tarixində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber) və TotalEnergies şirkəti Qonaq Məruzəçilər: TotalEnergies-in İdarəedici Direktoru və Ölkə üzrə Sədri və Afchamber İdarə Heyətinin üzvü Regis Aqut, Holcim Azərbaycan ASC-nin baş direktoru Xalid Samaka və Birləşmiş Millətlər Qlobal Sazişinin ölkə üzrə meneceri Samir Məmmədov ilə “Corporate Sustainability: Good For Businesses” mövzusunda tədbir həyata keçirdi. Tədbirin moderatoru Tam Advisory şirkətinin təsisçisi və Afchamber İdarə Heyətinin üzvü Tatyana Mikayıl idi.
Tədbir AFchamber İcraçı Direktoru Zibər Hüseynovanın açılış nitqi ilə başlayıb. Daha sonra qonaq məruzəçilər öz şirkətlərinin korporativ davamlılığın bir hissəsi olaraq ianələr və xeyriyyəçi layihələrin daha davamlı gələcəyə dəstəyinə dair nümunələr paylaşdılar. Onlar korporativ davamlılığın ayrılmaz hissəsi olan kommunikasiyanın vacibliyini vurğuladılar.
Daha sonra TotalEnergies və Holcim şirkətlərinin təmsilçiləri ətraf mühitlə bağlı narahatlıqlarını bölüşdülər və ətraf mühitə mənfi təsirin azaldılması, lakin xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üzrə strateji planlar barədə tədbir iştirakçılarına qısa məlumat verdilər. Müzakirələr zamanı qonaq məruzəçilər və tədbir iştirakçıları paytaxtın davamlı inkişafı və əlverişli şəhər mühitinin yaradılmasını hədəfləyən strateji şəhərsalma planı olan Bakı 2040 Baş Planını müzakirə ediblər.
Tədbirdə AFchamber üzv şirkətləri və digər ictimai və beynəlxalq şirkətlərin mütəxəssisləri fəal iştirak ediblər.
Tədbir sual-cavab sessiyası və canlı müzakirələrlə davam edib.