AFchamber Vergi, Hüquq və Maliyyə Komitəsi Dövlət Vergi Xidməti yanında Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanovun iştirakı ilə “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər” mövzusunda tədbir keçirdib.

AFchamber Vergi, Hüquq və Maliyyə Komitəsi Dövlət Vergi Xidməti yanında Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanovun  iştirakı ilə “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər” mövzusunda tədbir keçirdib.

Sharing is caring!

14 iyul 2022-ci il tarixində AFchamber Vergi, Hüquq və Maliyyə Komitəsi Dövlət Vergi Xidməti yanında Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanovun qonaq məruzəçi qismində iştirakı ilə “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər” mövzusunda tədbir keçirdib. Tədbirin məqsədi Azərbaycan Respublikasının Vergi Məcəlləsinə ediləcək dəyişiklikləri təqdim etmək olub.

Tədbir AFchamber Vergi, Hüquq və Maliyyə Komitəsinin sədri Səbinə Xəlilova və Dövlət Vergi Xidməti yanında Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanovun açılış nitqi ilə başlayıb.

Tədbirin birinci hissəsi Nicat İmanovun Azərbaycan Respublikasının Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər paketi haqqında ətraflı təqdimatından ibarət olub. Tədbirin ikinci hissəsində iştirakçı şirkətlərin nümayəndələri öz suallarını vermək üçün dəvət olunublar. Bu müzakirəyə özəl sektor təmsilçilərindən 2022-ci ilin yanvar ayından etibarən dəyişikliklərin tətbiqi ilə bağlı suallar da daxil edilib.

Səmərəli əməkdaşlığa və aktiv fəaliyyətə görə Dövlət Vergi Xidmətinin və özəl şirkətlərin nümayəndələrinə təşəkkür edirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.