“Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2020”nin 5-ci buraxılışının açılış tədbiri

“Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2020”nin 5-ci buraxılışının açılış tədbiri

Sharing is caring!

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və COWI Belçika tərəfindən Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, İtaliya-Azərbaycan Ticarət Palatası, InvestBaku və AZPROMO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Aİ-Azərbaycan Biznes Forumu çərçivəsində hazırlanan və Azərbaycandakı biznes mühiti ilə bağlı ölkədə fəaliyyət göstərən Avropa şirkətlərinin fikirlərini əks etdirən “Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2020”nin 5-ci buraxılışının təqdimatına həsr olunmuş canlı veb konfrans həyata keçiriləcək.

Onlayn tədbir 9 mart tarixində Azərbaycan vaxtı ilə 11:00 / CET vaxtı ilə 08:00 baş tutacaq.

Tədbirin açılışında Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov və Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab səfir Kestutis Jankauskas fəxri qonaq qismində çıxış edəcək.

Tədbirdə iştirak pulsuzdur yalnız qeydiyyatdan keçmiş şəxslər tədbirdə iştirak edə biləcək. Qeydiyyat üçün son gün: 05 Mart 2021-dən (Cümə) CET vaxtı ilə 16: 00.

Qeydiyyatdan üçün aşağıdakı link: https://forms.gle/6ahwD3GEB3AiXuif6

Hər birinizin tədbirdə iştirakını gözləyirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.