Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası ilə MEDEF-Fransa Biznes Konfederasiyası arasında memorandum imzalandı

Azərbaycan – Fransa Sənaye və Ticarə Palatası ilə Fransanın Biznes Konfederasiyası – MEDEF International arasında anlaşma memorandumu imzalanıb. Memorandum Azərbaycan – Fransa Sənaye və Ticarə Palatasının İdarə Heyətinin sədri xanım Teybə Quliyeva və Fransa Biznes Konfederasiyası MEDEF International-ın rəhbəri cənab Philippe GAUTIER tərəfindən Azərbaycan biznes cəmiyyəti və Fransa özəl sektoru arasında əlaqələrin gücləndirilməsi, əməkdaşlığın artırılması məqsədilə imzalanmışdır.
Müqavilə ticarət missiyalarının və qarşılıqlı səfərlərin təşkili, iqtisadi və ticarət sahəsində fəaliyyət göstərən qruplar üçün layihələrin təşkilini, əlaqəli bütün xidmətləri özündə ehtiva edir.
Memorandum qarşılıqlı dostluq əlaqələrini inkişaf etdirmək, ticarət və iqtisadi əməkdaşlıq imkanlarını yaratmaq məqsədilə birgə layihələr, konfranslar, texniki seminarlar təşkil etmək, ticarət və iqtisadiyyat sahəsində məlumatları paylaşmağı özündə əks etdirir.