“Azərbaycanda Pedaqoji İmkanlar və İşsizlik Boşluğunun Aradan Qaldırılması” mövzusunda siyasət memorandumu.
AFchamber Təhsil və İnsan Resursları və Əməyin Tənzimlənməsi Komitələri və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu “ali təhsil müəssislələri və korporativ sektor nə üçün ortaq dil tapmalıdır?” sualının cavabını araşdırmaq məqsədilə “Azərbaycanda Pedaqoji İmkanlar və İşsizlik Boşluğunun Aradan Qaldırılması” mövzusunda hazırladığı siyasət memorandumunu təqdim edir. Siyasət memorandumu 2022-ci ilin aprelində keçirilən dəyirmi masa tədbirinin nəticəsidir.
Siyasət memorandum ilə tanış olmaq üçün linkə daxil ola bilərsiniz.
Müzakirədə əsas diqqət korporativ sektordakı ehtiyaclar ilə ali təhsildəki pedaqoji imkanlar arasında mövcud boşluqların aradan qaldırılması ilə bağlı problemlərə yönəldilmişdir. Müzakirənin əsasını tədqiqat mövzuları və metodologiyaları, gənc kadrların hazırlanması, peşə təhsili, beynəlxalq layihələrin təşkili, innovasiyalara dəstək kimi məsələlər əhatə edirdi.
Müzakirə başlamazdan öncə Fransanın Azərbaycandakı Səfiri və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Sədri əsas məruzəçi qismində çıxış ediblər. Bundan əlavə, Azərbaycan Fransa Ticarət Palatasının Təhsil və İnsan Resursları və Əmək Tənzimlənməsi İşçi Komitələrinin yüksək vəzifəli üzvləri yuxarıda qeyd olunan məsələlər toplusu üzrə universitetlər və şirkətlər arasında keçirilmiş sorğunun nəticələrini təqdim ediblər.
Sözügedən problemin təsviri, əsas müzakirə punktları və tövsiyələr siyasət memorandumunda təsvir edilmişdir.