Bakıda Azərbaycan-Fransa biznes forumu keçirildi

Bakıda Azərbaycan-Fransa biznes forumu keçirildi

Sharing is caring!

11 iyul 2019-cu il tarixində MEDEF Biznes nümayəndə heyətinin səfəri ilə əlaqədar olaraq Bakıda Azərbaycan-Fransa Biznes Forumu keçirilmişdir. Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası ilə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı və  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilən Forumda Bakı və Fransadan yüzlərlə biznes nümayəndələri bir araya gəlmişdir.

Forum Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Şahin Mustafayevin açılış nitqi ilə başladı.  Cənab nazir Azərbaycan ilə Fransa arasında iqtisadi əməkdaşlığın genişlənməsindən danışdı və ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün Forumun vacibliyini vurğuladı.

Forumun digər fəxri qonaqları – MEDEF prezidenti cənab Geoffroy Roux de Bezieux,; Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Aurelia Bouchez; Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev ikitərəfli əlaqələrin daha da genişləndirilməsi imkanları ilə bağlı fikirlərini bölüşdü.

Forum B2B görüşlər ilə davam etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.