CCIAF EKVİTA ilə birgə Korporativ Cinayət Məsuliyyətinə həsr olunmuş görüş keçirdi

CCIAF EKVİTA ilə birgə Korporativ Cinayət Məsuliyyətinə həsr olunmuş görüş keçirdi

Sharing is caring!

24 yanvar 2019-cu il tarixində CCIAF üzv şirkəti – EKVİTA ilə birlikdə JW Absheron Marriott oteldə baş tutan və Korporativ Cinayət Məsuliyyətinə həsr olunmuş 2019-cu ilin ilk aylıq iş səhər yeməyini təşkil etdi.

Tədbir EKVİTA şirkətinin direktoru İlgar Mehtinin çıxışı ilə başladı. O, dəyərli qonaqları salamladı və netvorkinq qurmaq və önəmli yenilikləri bölüşmək üçün unikal imkan yaradan görüşlərin vacibliyini vurğuladı.

EKVITA-nın hüquq meneceri Ruslan Bayramov Korporativ Cinayət Məsuliyyəti haqqında detallı təqdimatla çıxış edərək qonaqlara korporativ məsuliyyət, onun tarixi inkişaf və qlobal tendensiyalar haqqında məlumat verdi. O, eyni zamanda, şirkət cinayətləri, cəza və cinayətlərin qarşısının alınması metodlarına dair Azərbaycan qanunvericiliyi haqqında danışdı.

Təqdimat sual-cavab sessiyası ilə davam etdi, auditoriyanın sualları cavablandırıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.