CCIAF İcbari Tibbi Sığorta üzrə İnformasiya Sessiyası təşkil edib

14 fevral 2020-ci il tarixində CCIAF üzv şirkətlər üçün “İcbari tibbi sığorta üzrə məlumatlılığın artırılması” mövzusunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya sessiyasını təşkil edib. Tədbirdə Agentliyin Regional Mərkəzlərlə iş şöbəsinin müdiri cənab Şükür Eyvazov qonaq-məruzəçi qismində iştirak edib. Tədbirin keçirilməsində məqsəd sahibkarları icbari tibbi sığorta sistemi, sistemin əhəmiyyəti, ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi barədə məlumatlandırmaq olub.
Tədbir CCIAF-in İdarəedici direktoru xanım Zibər Hüseynovanın açılış nitqi ilə başlayıb. O, çıxışında icbari tibbi sığorta barədə biznes mühitini məlumatlandırmağın vacibliyini vurğulayıb. Daha sonra çıxış edən Şükür Eyvazov qonaqlara icbari tibbi sığorta sisteminin əhəmiyyəti, sistemin ölkə üzrə mərhələli şəkildə tətbiqi, Xidmətlər Zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığorta haqları, müştərək maliyyələşmə məbləğinin tətbiqi və tibbi ərazi bölmələri barədə məlumat verib. O həmçinin tibbi xidmətin keyfiyyyətinin yaxşılaşdırılması istiqamətində tətbiq edilən yeni mexanizm və layihələr barədə danışıb.
Görüş sual-cavab sessiyası ilə davam edib və auditoriyadan gələn suallar cavablandırılıb. Tədbir əyani tanışlıq sessiyası ilə yekunlaşıb.