CCIAF İnsan resursları və Əmək tənzimləmələri Komitəsi sorğu keçirir

CCIAF İnsan resursları və Əmək tənzimləmələri Komitəsi sorğu keçirir

Sharing is caring!

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Koronavirus (COVID-19) pandemiyası bütün dünyada yayılmağa davam edir. Biznes liderləri pandemiyanın biznes sahəsinə təsirini azaltmaq üçün müxtəlif yeni strategiyalar hazırlamalı və həyata keçirməlidirlər. 

Bu vəziyyət isə hər bir təşkilatda İnsan resursları üzrə mütəxəssislərin rolunun əhəmiyyətini artırır. Hazırda işçilərlə yanaşı, işin davamlılığını qoruyub saxlamaq hər bir təşkilatın prioritet istiqamətlərindən biridir. Pandemiya dövründə personalın idarəetmə strategiyaları hərtərəfli formalaşdırılmalı və qəbul edilmiş hər bir qərarın nəticələrinə, həmçinin böhrandan çıxmaq üçün hazırlanmış biznes strategiyasına əsaslanmalıdır. 

Bununla əlaqədar  olaraq, CCIAF İnsan Resursları və Əmək Tənzimlənməsi İşçi Komitəsi, COVID-19 pandemiyasının şirkətlərə və işçilərinə təsirini müəyyənləşdirmək üçün sorğu yaradıb. Sorğunun məqsədi ən yaxşı təcrübələri bölüşməyə, real vəziyyəti və onun biznesə və işçi heyətinə təsirini aydınlaşdırmağa  kömək etməkdir.

Sorğuya keçid üçün link https://forms.gle/xn5p9ZUAkodnLS4q7

Sorğu tamamlanması üçün son tarix: 7 aprel 2020

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.