CCIAF İnsan Resursları və Əməyin Tənzimlənməsi Komitəsi vebinar təşkil etdi
24 aprel tarixində CCIAF İnsan Resursları və Əməyin Tənzimlənməsi Komitəsi “Pandemiya dövründə əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda vebinar təşkil etdi. Komitənin sədri Samirə Nəcəfova və sədr müavini Asif Bədəlov spiker qismində çıxış etdilər.
Vebinar Samirə Nəcəfovanın çıxışı ilə başladı. Proqrama uyğun olaraq, o, ofisdən kənar işləmək, onun müsbət və mənfi nəticələri barədə danışdı, eyni zamanda evdən işə uyğunlaşmaq yollarını izah etdi. Bundan əlavə, Komitə COVID-19-un yerli şirkətlərə və onların işçi heyətinə təsiri barədə sorğu keçirmişdi. Sorğu nəticələri iştirakçılara təqdim edildi.
Ardınca Asif Bədəlov pandemiya zamanı əmək münasibətlərinin tənzimlənməsi barədə danışdı. Bu vəziyyət zamanı iş saatları, bunun hüquqi əsası barədə iştirakçılara məlumat verdi. O, həmçinin evdən işləmənin praktiki və hüquqi istiqamətini müqayisəli şəkildə təqdim etdi və bununla əlaqədar bir neçə nümunəni işitakçılarla bölüşdü.
Vebinar sual-cavab sessiyası ilə davam etdi.
Vebinarın video yazısını Youtube-da izlə: https://www.youtube.com/watch?v=PgVGSjXWb0k