CCIAF Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi ilə əməkdaşlığa davam edir

CCIAF Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi ilə əməkdaşlığa davam edir

Sharing is caring!

CCIAF dövlət və özəl sektor arasındakı əməkdaşlığın qurulmasında aktiv iştirak edərək üzv şirkətlər və dövlət qurumları arasında dialoqun qurulmasına töfhə verməyə çalışır. CCIAF İqtisadiyyat, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri, Dövlət Gömrük Komitəsinin sədri ilə işgüzar görüşlər təşkil etmiş və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (SMBDA), Azərbaycan Turizm Agentliyi kimi dövlət qurumları ilə müxtəlif tədbirlər təşkil etmişdir.

Palata Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi ilə də səmərəli əməkdaşlıq edir. Mərkəz üç CCIAF üzv şirkəti – “Sigma Technical Services” MMC, ‘Suez Groupe” və “Alstom Transport Azərbaycan” MMC ilə ikitərəfli Anlaşma Memorandumları imzalamışdır. Memorandum üç iri sənaye şirkətləri ilə Mərkəz arasında əməkdaşlığı gücləndirmək, dövlət-özəl sektor tərəfdaşlığını dərinləşdirmək məqsədilə imzalanmışdır.

Bu əməkdaşlıq nəticəsində CCIAF üzv şirkətlərinin nümayəndələri akademik fəaliyyətlərdə fəal iştirak etmiş və Mərkəz tərəfindən təklif edilən peşələrə dair rəy bildiriblər. Şirkət nümayəndələri 2020-2021-ci tədris ili üçün qəbul prosesi zamanı müsahibə komitəsinin üzvü kimi iştirak edirlər. Bundan əlavə nümayəndələr veb seminarlarda iştirak etmiş və məzunlara şirkətlərindəki karyera imkanları haqqında ətraflı məlumat vermişlər.

CCIAF və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi bu əməkdaşlığı genişləndirməyə davam edir. Belə ki, Mərkəz CCIAF-in üzvü olan “North-West Construction” şirkəti ilə görüş keçirmiş və CCIAF bir sıra üzv şirkətləri ilə tanışlıq görüşlərinin təşkili ilə bağlı müzakirələrə davam edir.

CCIAF-in üzvü olan bütün şirkətlər bu təşəbbüsə qoşula bilər. Detallı məlumat və ya sualınız olarsa, [email protected] email ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.