CCIAF Vergi, Hüquq və Maliyyə Komitəsi vebinar təşkil etdi
![CCIAF Vergi, Hüquq və Maliyyə Komitəsi vebinar təşkil etdi](https://afchamber.com/wp-content/uploads/2020/04/Webinar-1.png)
17 aprel 2020-ci il tarixində CCIAF Vergi, Hüquq və Maliyyə Komitəsi “COVID-19: Hökümət tərəfindən biznesə dəstək” mövzusunda vebinar təşkil etdi. Vebinarda bir neçə şirkət direktoru və nümayəndələri iştirak etdi. Panel iştirakçıları Arzu Hacıyeva (Komitə sədri), Nazim Hacıyev (Komitə sədr müavini) və Şərəf Əsgərova (Komitə sədr müavini) idi.
Vebinar Arzu Hacıyevanın çıxışı ilə başladı. O, iştirakçılara biznesə maliyyə dəstəyi göstərmək üçün tədbirlər planı barədə məlumat verdi və bu fəaliyyət planının üç istiqamətini izah etdi. Bundan əlavə, xanım Hacıyeva icbari tibbi sığortanın tətbiqi ilə bağlı dəyişikliklər barədə məlumat verdi.
Ardınca Şərəf Əsgərova sahibkarlara dövlət tərəfindən verilən maliyyə dəstəyindən danışdı və pandemiya nəticəsində təsirlənən sektorlarda çalışan muzdlulara maaşların müəyyən hissəsini ödəmək üçün ayrılan dəstəkdən danışdı. Ödəməni almaq üçün www.e-taxes.gov.az saytında qeydiyyatdan keçməy qaydasını izah etdi. Əlavə olaraq, işçi heyəti ilə bağlı məsələlərə aydınlıq gətirildi.
Sonra Nazim Hacıyev iştirakçılara Azərbaycandakı maddi durum barədə məlumat verdi. O, biznes kreditləri, onların üç istiqaməti haqqında danışdı. O, həmçinin qeyd etdi ki, dövlət dəstəyinə əsasən sahibkarlar yeni bank kreditlərinin 60%-i dövlət zəmanəti ilə təmin ediləcək və faiz dərəcəsinin 10%-lik hissəsi dövlət tərəfindən ödəniləcək.
Vebinar sual-cavab sessiyası ilə davam etdi.
Vebinarın tam videos yazısını Youtube-da izlə: https://www.youtube.com/watch?v=EWs4YJWvAAY