“Ekoloji, Sosial, Korporativ İdarəetmə (ESG) Komitəsi
- “Ekoloji, Sosial, Korporativ İdarəetmə (ESG) Komitəsi
“Ekoloji, Sosial, Korporativ İdarəetmə (ESG) Komitəsi 2021-ci ilin dekabr ayında yaradılmışdır. Komitə müxtəlif şirkətlərə ən yaxşı təcrübələrini bölüşmək, məlumatlılığı artırmaq, problem və imkanları müzakirə edib mövcud problemləri həll etmək üçün strategiyalar, layihələr hazırlayıb həyata keçirmək məqsədi daşıyır. Həmçinin biznes və cəmiyyətə dəstək olmaq məqsədilə müasir dünyanın ən mühüm və mürəkkəb problemlərini ehtiva edən ekoloji, sosial və korporativ idarəetmə kimi üç əsas amil üzrə biznes icmaları ilə dövlət arasında dialoqun təşviqi üçün unikal bir platforma təqdim edir.
Bütün Komitə tədbirləri ictimaiyyət üçün açıqdır.