İR Komitəsi “Əmək qanunvericiliyində gözlənilən dəyişikliklər və işsizlikdən sığorta ilə bağlı son yeniliklər” mövzusunda vebinar keçirib

İR Komitəsi “Əmək qanunvericiliyində gözlənilən dəyişikliklər və işsizlikdən sığorta ilə bağlı son yeniliklər” mövzusunda vebinar keçirib

Sharing is caring!

25 fevral 2021-ci il tarixində AFchamber İnsan Resursları və Əməyin Tənzimlənməsi Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)  tərəfdaşlığı ilə “Əmək qanunvericiliyində gözlənilən dəyişikliklər və işsizlikdən sığorta ilə bağlı son yeniliklər” mövzusunda vebinar keçirilib.

ƏƏSMN Aparatının Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov, ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov, ƏƏSMN Aparatının Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin müdir müavini Rəna Abdullayeva, ƏƏSMN tabeliyində Dövlət Məşğulluq Agentliyinin Hüquq şöbəsinin baş mütəxəssisi  Şəmsin Məmmədova vebinarda spiker qismində iştirak ediblər.

Qonaq spikerlər iştirakçılara Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklərə dair qanun layihəsi barədə məlumat verdi. Qonaqlar Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyəti, Kommisiyanın fəaliyyəti ilə bağlı Əmək Məcəlləsinə nəzərdə tutulan əlavələr, Əmək Müqaviləsi bildirişinə dair dəyişikliklər barədə məlumatlandırıldılar. Eyni zamanda, qonaqlara qanun layihəsində nəzərdə tutulan digər əlavələrə dair geniş izahlar verildi.

İnteraktiv vebinar sual-cavab sessiyası ilə davam etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.