“İşçilərə verilən təminatlara vergi münasibətləri” mövzusunda vebinar baş tutub
22 İyul 2020-ci ildə CCIAF-in İnsan Resursları və Əməyin Tənzimlənməsi Komitəsi, üzv şirkət olan PwC Azərbaycanın tərəfdaşlığı ilə ““İşçilərə verilən təminatlara vergi münasibətləri” mövzusunda vebinar həyata keçirib. Vebinarda PwC Azərbaycan şirkətinin baş vergi məsləhətçisi Elmir Hüseynov və həmin şirkətin vergi meneceri Rəna Hacıyeva çıxış ediblər.
Tədbir CCIAF-in İnsan Resursları və Əməyin Tənzimlənməsi Komitəsinin sədri Samirə Nəcəfovanın çıxışı ilə başlayıb. O, iştirakçıları salamladı və spikerlərə təşəkkürünü bildirdi.
Elmir Hüseynov iştirakçıları “Sosial Sığorta haqqında” Qanununa edilən son dəyişikliklərlə barədə məlumatlandırıb və işgüzar səfər və görüş xərclərinə dair edilən əlavə və dəyişiklikləri izah edib. Rəna Hacıyeva yemək və əyləncə, yaşayış və mənzil təminatları kimi ən çox tətbiq edilən işçi təminatları və bu təminatlara dair vergi münasibətləri barədə danışıb. Spikerlər pulsuz təqdim olunan mal və hədiyyələrin; şirkətin avtomobili, yanacaq və nəqliyyat ehtiyatı; işçilərə verilən maliyyə yardımları; təlimlər, konfranslar və tədbirlər üçün ödənilən xərclər; və digər işçilərə verilən sosial xarakter daşıyan təminatlar və həmin təminatlara vergi münasibətinə dair detallı çıxış ediblər.
Vebinar sual-cavab sessiyası ilə başa çatıb.