İyulun 19-da AFchamber üzv şirkəti  “Alstom Transport” Azərbaycan Texniki Universitetində Alstom Dəmir Yolu Tədris Mərkəzinin açılışını edib.

İyulun 19-da AFchamber üzv şirkəti  “Alstom Transport” Azərbaycan Texniki Universitetində Alstom Dəmir Yolu Tədris Mərkəzinin açılışını edib.

Sharing is caring!

İyulun 19-da AFchamber üzv şirkəti  “Alstom Transport” Azərbaycan Texniki Universitetində Alstom Dəmir Yolu Tədris Mərkəzinin açılışını edib. Açılışda Fransanın Azərbaycandakı səfiri Zakari Qross, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və digər qonaqlar iştirak edib. 

Tədbir Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin, Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibovun, AFchamber Təhsil Komitəsinin sədri Fariz İsmayılovun, “Alstom Transport” şirkətinin Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə regional direktoru Elşən Zeynalovun açılış nitqi və çıxışları ilə başlayıb.  

Tədris mərkəzi dəmir yolu sahəsində mütəxəssislər hazırlayan əsas təhsil müəssisələrindən biri olan Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq çərçivəsində fəaliyyətə başlayıb. “Alstom Transport” bu təlim proqramı ilə ölkədə dəmiryol sahəsinin inkişafına dəstəyi öhdəliyinə götürür və məzunların dəmiryol sahəsi üzrə işə düzəlməsi üçün müvafiq bilik və bacarıqlar əldə edəcəyinə zəmanət verir.  

Mərkəzdə mühəndislik ixtisası üzrə təhsil alan tələbələr Alstom Universitetinin hazırladığı və ona aid olan 140 saatdan çox unikal kurslarda iştirak edə biləcəklər. Proqram ölkədə ilk bu tipli proqramdır və 2022-ci ilin oktyabr ayında 20 nəfər tələbədən ibarət qrupun hazırlanması ilə başlayacaq. Proqram, dəmir yolunun inşası və istismarını dərindən əhatə edən onlayn kurslardan başlayaraq texniki leksika və müvafiq anlayışların da daxil olduğu üç seqmentdən ibarətdir. Proqramdan sonra dəmiryol sistemləri, istismar və texniki xidmət üzrə əyani texnoloji kurs keçiriləcək. Sonda tələbələr şəxsiyyətlərarası ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi kursu ilə proqramı yekunlaşdıracaqlar.  

Çıxışlardan sonra Fransanın Azərbaycandakı səfiri Zakari Qross, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov və Palatanın İdarə Heyətinin sədri Teybə Quliyeva bütün zəruri avadanlıqla təchiz olunmuş Dəmir Yolları üzrə Mütəxəssis Hazırlıq Mərkəzinin açılışını ediblər. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.