“Post-COVID-19: KOB-ların fəaliyyətinə dəstək” onlayn konfransının Turizm sessiyası baş tutub

“Post-COVID-19: KOB-ların fəaliyyətinə dəstək” onlayn konfransının Turizm sessiyası baş tutub

Sharing is caring!

1 iyul 2020-ci il tarixində CCIAF-in təşkilatçılığı və KOBİA-nın tərəfdaşlığı ilə həyata keçirilən “Post-COVID-19: KOB-ların fəaliyyətinə dəstək” onlayn konfransının Turizm sessiyası baş tutub. Sessiyada PwC Azərbaycanın Risklərin Təhlili və Nəzarəti Xidmətləri üzrə ekspert İlham Rəcəbov və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Turizm Sənayesi və Layihələrlə iş Sektorunun müdiri Günay Bayramova qonaq spiker qismində iştirak edib.

Agentliyin əməkdaşı Günay Bayramova qeyd edib ki, KOB-lar üçün əsasən maliyyə dəstəyi proqramları hazırlanır və həmin proqramlar haqqında məlumat verib. O, “SAHMAN” proqramı haqqında danışaraq, proqramın məqsədi, həmin proqrama qoşulma qaydası haqqında iştirakçıları detallı məlumatlandırıb.

İlham Rəcəbov isə turizmin dijitallaşması mövzusunda danışaraq, nəyə görə dijitallaşmanın vacib olduğu, biznesin dijitallaşdırılması mərhələləri barədə iştirakçılara məlumat verib. O, eyni zamanda, ekosistem analyışı, həmin anlayışın meyarları, fərdi müştəri xidmətləri barədə danışıb. İştirakçılara dayanıqlı və səmərəli fəaliyyətin təşkili üçün lazımi tədbirlər haqqında məlumatlandırılıb.

Sonda spikerlər iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.