Qadın Professionallar Komitəsinin AMSEA ilə birgə vebinarı

Qadın Professionallar Komitəsinin AMSEA ilə birgə vebinarı

Sharing is caring!

AFchamber Qadın Professionallar Komitəsi Azərbaycan Tibbi Simulyasiya Tədrisi Assosiasiyası (AMSEA) ilə əməkdaşlıq edərək vebinar keçirdi. AMSEA-nın əməkdaşları Gülay Məmmədzadə və Nərgiz Mustafayeva vebinarda spiker qismində iştirak etdilər.

Gülay Məmmədzadə “Post-Covid dövründə psixoloji dayanıqlıq: qadın liderlər üçün əsas problemlər” mövzusunda çıxış etdi. Psixoloq İnsanlarda stresə səbəb olan əsas çətinliklərdən, stresin təsirlərindən və stres reaksiyalarından bəhs edib. O, qonaqlara stresə dayanıqlılıq, optimizmin əsas xüsusiyyətləri barədə məlumat verdi. Xanım Məmmədzadə düşüncə tərzinin dəyişdirilməsi və stresin idarə etməyin üsullarını iştirakçılarla bölüşüb.

Nərgiz Mustafayeva “Tükənmə: simptomlar və qarşısının alınması” mövzusunda danışdı. O, stresin əlamətləri, tükənmə səbəbləri, tükənmə siqnalları haqqında məlumat verdi. Xanım Mustafayeva tükənmənin qarşısını almaq üçün tövsiyələr bölüşdü və üsulları izah etdi. Eyni zamanda psixoloji sağlamlıq üçün istifadə olunan tətbiqləri paylaşdı.

İnteraktiv vebinar sual-cavab sessiyası ilə davam etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.