Siyasi və iqtisadi stabillik

  • Ötən son 10 ildə ÜDM və xarici ticarət həcmi iki dəfə artmışdır;
  • Strateji valyuta ehtiyatları 16,3 dəfə artmışdır;
  • Azərbaycanın xarici borcu ÜDM-in yalnız 20,4% -ni təşkil edir;
  • Büdcə kəsiri təxminən 0,4%-dir (2016-cı il göstəricisi);
  • Azərbaycan regionda ən yüksək kredit reytinqinə malikdir (Standard & Poor – BB+, Moody’s- Ba1, Fitch – BBB-);
  • 138 ölkə arasında 37-ci rəqabətli iqtisadiyyata malikdir (Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı 2016-2017);
  • Dünya Bankının Biznes Bələdçisinə (2017) əsasən 65-ci yeri tutur;
  • İctimai təhlükəsizlik, yaxşı idarəetmə və siyasi sabitlik Azərbaycanda fəaliyyət göstərən beynəlxalq biznes cəmiyyəti tərəfindən ən arzu olunan xüsusiyyətlər kimi qeyd edilmişdir (Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı 2016-2017);
  • 1995-ci ildən etibarən 220 milyard ABŞ dolları dəyərində investisiya qoyulmuşdur.

          Cəlbedici investisiya mühiti

  • İnvestisiya təşviqi sxemləri;
  • Xarici investisiyalarda məhdudiyyətin olmaması;
  • Yerli məzmun tələbinin olmaması;
  • Dövlət orqanları və qurumları tərəfindən biznes yoxlamalarının olmaması;
  • Xarici investisiyanın təşviqi və qorunması üzrə bütün əsas çoxtərəfli sənədlərə tərəfdir;
  • Xarici ölkələrlə 47 ikitərəfli investisiya müqaviləsi və 51 ikiqat vergitutmaya dair müqavilə mövcuddur;
  • Dövlət orqanları tərəfindən 450-dən artıq elektron xidmət göstərir.

          İslahatçı iş mühiti

  • İxrac və investisiyaların təşviqinə yönəlmiş bir sıra əsas islahatlar;
  • 2016-cı ildə Prezident tərəfindən başlanılmış Strateji yol xəritələri vasitəsilə həyata keçirilən yeni iqtisadi islahatlar;
  • Dünya Bankının 2009 və 2015-ci illər üzrə Biznes Bələdçisinə əsasən dünyada ən yaxşı biznes tənzimləyicisi olan islahatçılardandır;
  • ASAN e-viza sistemi vasitəsilə turizmə və biznesə giriş yaxşılaşdırılmışdır;
  • Az maneəli hökumət tənzimlənməsi;
  • Qonaqpərvər işgüzar mühitin və qanunvericilik islahatlarının gücləndirilməsi “Azərbaycan 2020: Gələcəyə Baxış” milli inkişaf konsepsiyasının əsas prioritetləri arasındadır.

         Zəngin resurslar

  • Dünyada mövcud 11 iqlim zonasından 9-una malikdir;
  • Kompleks geoloji struktur və mineralların müxtəlifliyi;
  • Böyük neft və qaz yataqları;
  • Qara və əlvan, nadir metallar;
  • Əlvan minerallar və tikinti materialları.

         Mükəmməl şəbəkə

  • Avropanın cənub-şərq sərhədində yerləşərək Avropa və Asiya arasında təbii körpü rolunu oynayır;
  • İki əsas qlobal iqtisadiyyatı – Çin və Avropanı birləşdirən əsas marşrut olan Trans-Xəzər Şərq-Qərb ticarəti və tranzit koridoru (uzunluğu 4,200 km, tranzit müddəti 12-14 gün) üzərində yerləşir;
  • Xəzər regionu üçün ən böyük hava limanı, dəniz limanı və dəmir yolu şəbəkəsi olan logistika mərkəzidir;
  • 270 milyon istehlakçısı və ÜDM-i 1,6 trilyon ABŞ dolları dəyərində olan MDB və Gürcüstan bazarlarına azad çıxış;
  • 4 saatlıq uçuş müddətində dünya istehlakçılarının təxminən 50% -ini əhatə edən 50 ölkəyə çıxış.

         Təcrübəli işçi qüvvəsi

  • Əhalinin təxminən yarısı iqtisadi cəhətdən aktivdir, 2016-cı ildə ümumi əmək qüvvəsi 5 milyona çatmışdır;
  • Regionda ən yüksək məşğulluq göstəricilərindən biridir (95%);
  • Məşğulluğun əsas hissəsi özəl sektorun payına düşür (75,4%);
  • Yüksək savadlılıq səviyyəsi 99,8%-dir;
  • İllik olaraq universitet və digər ali təhsil müəssisələrini bitirən 30,000-ə yaxın tələbə var;
  • 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində ən yaxşı universitetlərdə oxuyan çoxsaylı azərbaycanlı tələbə var;
  • Araşdırmalar mərkəzi, Milli Elmlər Akademiyası,  54 universitet və 113 ilkin peşə təhsil müəssisəsinin fəaliyyəti iqtisadi inkişafın elmi və insan resursları  komponentini təmin edir.

         Sürətli inkişaf edən infrastruktur

  • Bölgədə ən müasir nəqliyyat infrastrukturu ;
  • 8,000 km-i son 10 ildə inşa edilmiş 19,000 km uzunluğunda yollar;
  • 6 beynəlxalq hava limanı – Bakı bölgədə ən böyük beynəlxalq hava limanıdır;
  • İllik gücü 10-11,5 milyon ton yük olan və Bakıdan 60 km cənubda Ələt şəhərində yerləşən yeni beynəlxalq dəniz limanı;
  • Uzunluğu 2,000 km-dən artıq dəmir yolu xətti, Avropa və Asiyanın dəmir yolu sistemləri birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası davam edir.