Biz təklif edirik • Azərbaycan və Fransa arasında işgüzar münasibətlərin inkişaf etdirilməsi məqsədilə səmərəli biznes əməkdaşlığının qurulması üçün platforma; • Palatanın üzvlərinin maraqlarının qorunması və təbliğ edilməsi; • Hökumət qurumları ilə konstruktiv dialoq və səmərəli qarşılıqlı fəaliyyətin yaradılması; • Azərbaycan və Fransa bazarına çıxış, habelə bazarda biznesin genişləndirilməsi üçün köməklik göstərilməsi; • Üzvlər üçün geniş çeşidli proqram, seminar və sosial tədbirlərin təşkil edilməsi; • Üzvlərin marketinq kampaniyasına dəstək verilməsi; • Palata tərəfindən təşkil edilən tədbirlərdə təbliğat/tanıtım yönümlü materiallardan istifadə etmək imkanı; • Palatanın ödənişsiz tədbirlərinə müştərilərini dəvət etmək imkanı; • Üzvlərin tədbirlərinin təşviq edilməsinə dair dəstək göstərilməsi; • Qanunvericilikdə baş verən dəyişikliklər və biznes sahəsində yeni imkanlar haqqında üzvlərin məlumatlandırılması.