AFchamber Üzvlük FormuAzərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (AFchamber) üzvlüyünə maraq göstərdiyiniz üçün təşəkkür edirik. Palataya qoşularaq Siz:

  • Şirkətinizi daha çox tanıdacaq;
  • Əlaqələr quracaq və əməkdaşlıqlar inkişaf etdirəcək;
  • Üzv şirkətlərlə fikir və ən yaxşı təcrübələri bölüşəcək;
  • Palatanın marketinq xidmətlərindən faydalanacaq;
  • Biznes mühiti və sahibkarlıq məsələlərindən daha çox məlumatlı olacaqsınız.

Üzvlüyə müraciət etmədən öncə, üzvlük kateqoriyaları haqqında qısa məlumatla tanış olun:

A və B kateqoriyası: Azərbaycan və Fransada fəaliyyət göstərən hər bir hüquqi şəxs (dövlət orqanları və bələdiyyələr istisna olmaqla) müraciət edə bilər.

C kateqoriyası: Yalnız Azərbaycanda fəaliyyət göstərən fiziki şəxslər müraciət edə bilər.

Üzvlük müraciəti:

Video təlimat: https://youtu.be/XHHx93vQvc0

Addım 1: Formanın təqdim edilməsi

AFchamber üzvlük formu yükləyib, doldurun və [email protected] elektron poçtuna göndərin.

Qeyd: A və B kateqoriyası üçün şirkətin Vergi və Qeydiyyat şəhadətnamələri də təqdim edilməlidir.

Addım 2: Səsvermə

İdarə Heyəti üzvlüyə dair müraciət üçün səsvermə edir.

Addım 3: Müqavilənin imzalanması

İdarə Heyəti müraciətinizi təsdiqlədikdən sonra tərəflər arasında müqavilə imzalanır.

Addım 4: Üzvlük

Ödəniş tamamlandıqdan sonra Palataya üzvlük başlayır.

AFchamber-a xoş gəldiniz!