Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası” ictimai birliyinin (AFchamber) açılışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Fransa Respublikasının sabiq Prezidenti cənab Fransua Olandın iştirakı ilə 12 may 2014-cü il tarixində Bakı şəhərində həyata keçirilmişdir.

AFchamber əsas missiyası dövlət və özəl sektor tərəfdaşlığını təşviq etmək və Azərbaycan ilə Fransa arasında biznes və ticarət əlaqələrini daha da inkişaf etdirmək olan qeyri-hökumət təşkilatıdır.

AFchamber nə təklif edir:

  • Dövlət orqanları ilə dialoqun qurulması: AFchamber dövlət qurumları ilə uğurlu əməkdaşlıqlar quraraq  üzvləri ilə dövlət qurumları arasında dialoq üçün bir platforma rolunu oynayır.
  • Yüksək səviyyəli təmsilçilik: Üzvlərimiz yüksək səviyyəli təmsilçilik ənənəsinə sadiq qalaraq aylıq iclaslara, konfranslara və digər tədbirlərə şirkət rəhbərliyinin də qatılmasını təmin edirlər.
  • İşçi komitələr: Şirkətlər AFchamber komitələrinə qoşula bilər – Hüquq, Vergi və Maliyyə; İnsan Resursları və Əməyin Tənzimlənməsi; Qadın Professionallar və Təhsil Komitəsi – və ya ən yaxşı təcrübələri bölüşmək, problem və imkanları müzakirə etmək və həll yolu tapmaq üçün yeni bir iş qurmağı təklif edə bilər. Komitələr strategiyalar hazırlayır, layihələr həyata keçirir və tədbirlər təşkil edir.
  • Biznes xidmətləri: Palata üzvlərinə bazar araşdırması, tərəfdaş tapmaq, B2B iclaslarının təşkili və dövlət qurumları ilə ödənişli əlaqələr qurma kimi xidmətlər təklif edir.

Palata 2020-2022-ci illərdə Aİ-Azərbaycan Biznes Forumunun həmtəsisçisidir. AFchamber “Aİ Biznes Mühiti Azərbaycan 2020” hesabatının həmmüəllifidir. AFchamber, MEDEF International-ın ölkədəki əsas tərəfdaşıdır.