Fransaya sərmayə qoymaq üçün 10 səbəb:
-
Dünya bazarının mərkəzi
-
-
Fransa bazarı 65 milyondan çox istehlakçını təmsil edir, o Avropanın 2-ci, dünyanın isə 6-cı ən böyük bazarıdır.
-
-
Yüksək səviyyəli infrastruktur
-
-
Avropada ən geniş yol şəbəkəsi və 2-ci ən sürətli dəmir yolu şəbəkəsi Fransaya məxsusdur.
-
Logistika sahəsində birbaşa xarici investiyasını ən çox qəbul edən Avropa ölkəsidir, eyni zamanda, Şarl de Qoll adına havalimanı Avropanın 2-ci böyük hava limanıdır (yük və sərnişin).
-
-
Məhsuldar və dinamik işçi qüvvəsi
-
-
2015-ci ildə saatlıq əmək məhsuldarlığına görə dünyada 6-cı yeri tutmuşdur. (saatbaşı 45,6 avro; müqayisə üçün Avrozonada saatbaşı 37,3 avro)
-
Yüksək ixtisaslı işçi qüvvəsi: 30-34 yaş arası əhalinin 44% -i ali təhsilli (2013-cü il göstəricisi)
-
-
Aşağı xərclər
-
-
Quraşdırma və istismar xərcləri ABŞ, Almaniya və ya Yaponiyaya nisbətən daha aşağıdır.
-
Paris biznes mərkəzində ofisin kirayəsi London West End ilə müqayisədə 2 dəfə ucuzdur.
-
Fransada şirkətin yaradılması adambaşına düşən orta gəlirin 1% -dən azını təşkil edir, Böyük iyirmilik ölkələrində isə bu orta hesabla 9% -dir.
-
-
İnnovativ və yenilikləri dəstəkləyən iqtisadiyyat
-
Sahibkarları bir araya toplayan dünyanın ən böyük mərkəzi Fransadadır: Halle Freyssinet Parisdə 1000 yenilikçi startup-a ev sahibliyi edir.
-
Tədqiqat vergi krediti (CIR) bütün şirkətlər üçün açıqdır. 2012-ci ildə minimum 20441 şirkət bundan faydalanmışdır.
-
Gələcək investisiya proqramı (PIA) və Fransanın çox yüksək sürətli debit planı üçün 47 milyard avro səfərbər edilmişdir.
-
-
Başlıca maliyyə mərkəzi
-
Euronext Paris dünyanın 7-ci ən böyük maliyyə mərkəzi, korporativ istiqrazlar üçün Avropada 3-cü, yuan əməliyyatları üzrə dünyada 5-ci, maliyyə aktivlərinin idarə edilməsi üzrə isə Avropada 3-cü yeri tutur.
-
-
Həyat keyfiyyəti
-
Fransa biznes konqresləri üçün 1-ci yerdədir, tələbələr üçün 3-cü, turistlər üçün 1-ci təyinat yeridir.
-
-
İstehsal xərcləri üzrə güclü rəqabət
-
Rəqabət və Məşğulluq Vergi Krediti (CICE) və Məsuliyyət və Həmrəylik Paktı şirkətlər üçün 40 milyard avrodan aşağı istehsal xərclərini təmsil edir: bu demək olar ki, ÜDM-in 2% -ə bərabərdir və 2020-ci ilə qədər fəaliyyətə dəstək verəcək və 500 min iş yerinin yaradılmasına imkan verəcək.
-
-
Sadələşdirilmiş inzibati prosedurlar
-
Fransa elektron idarəetmə baxımından Avropanın lideridir və aşağıdakı meyarlar əsasında dünya səviyyəsində 4-cü yeri tutur: hökumət tərəfindən göstərilən onlayn xidmətlər, telekommunikasiya infrastrukturları və əhalinin təhsil səviyyəsi.
-
2014-cü ilin dekabr ayında Şirkətlər üçün sadələşdirmə haqqında akt şirkətlərə və istifadəçilərə 2013-2014-cü illərdə 3,3 milyard avro qənaət etməyə imkan vermişdir.
-
-
Menecer və işçilər üçün asanlaşdırılmış imkanlar
-
Fransa120-dən çox dövlətlə vergi müqaviləsi imzalamışdır (ikiqat vergitutmanı aradan qaldırmaq üçün). Eyni zamanda, şirkətlərə vergi məsələləri üzrə vahid bir əlaqə (Tax4Business) və yaşayış icazəsi (2015-ci ildə yaradılan Passeport Talents) təmin edilib.
-
Yenilikçi sahibkarlar üçün dəstək mexanizmi yaradılmışdır (French Tech bileti).
-