Komitənin sədr müavini
Komitənin sədri
Komitənin sədr müavini

İnsan Resursları və Əmək Tənzimlənməsi Komitəsi 2020-ci ildə fəaliyyətə başlamışdır. Komitənin əsas məqsədi üzv şirkətlərdəki kadr məsələlərinə daha çox diqqət yetirmək, kadr rəhbərlərini və menecerləri CCIAF-in fəaliyyətində iştirak etməyə cəlb etmək və birlikdə problemlər və çətinliklər bölüşmək, ən yaxşı təcrübələri öyrənməklə birgə həll yolları tapmaq bir platforma yaratmaqdır. Bundan əlavə, Komitə həm korporativ, həm də qeyri-korporativ HR mütəxəssislərinin görüşməsi və daha sıx əməkdaşlıq üçün bir platforma olaraq yaradıldı.

Komitə missiyası – 2020

  • HR məsələlərinə və təcrübələrinə, HR mütəxəssislərinin maraqlarına cavab verən hüquqi məsələlərə dair tədbirlərin təşkili
  • Azərbaycan hökuməti və əsas maraqlı tərəflərlə məşğulluq və əmək problemləri ilə bağlı əməkdaşlığı gücləndirmək, Əmək Məcəlləsinə yenidən baxılma, sosial sığorta, əmək haqqı vergiləri və s. daxil olmaqla, əmək məsələləri ilə bağlı tənzimləmənin effektivliyini və şəffaflığı artırmaq.
  • Birgə tədbirlərin təşkili və birgə layihələrdə əməkdaşlıq etməklə CCIAF-in digər Komitələri və digər assosiasiyalar ilə əməkdaşlığı gücləndirmək.

Komitənin 2020-ci il üçün əsas məqsədi CCIAF üzvlərinə aşağıdakı vasitələrlə ən yaxşı təcrübə və mənbələri bölüşməyə imkanı verməkdir:

  • Ən yaxşı təcrübələr təqdimatları (komitə üzvləri tərəfindən təqdim olunur)
  • Azərbaycanın əmək qanunvericiliyi ilə bağlı yeniliklər
  • İllik əmək haqqı və inflyasiya tədqiqatları
  • HR İdarəetmə üzrə gənc kadr mütəxəssisləri üçün HR Akademiyası (komitə üzvləri tərəfindən könüllü olaraq verilir)
  • Yerli təhsil müəssisələri ilə əməkdaşlığın təşviqi

Tədbirlər