AFchamber HR Akademiyası uğurla başa çatdı

AFchamber HR Akademiyası uğurla başa çatdı

Sharing is caring!

3 iyul 2021-ci il tarixdə Azərbaycan-Fransa Ticarət Palatası AFchamber İdarə Heyəti üzvləri, təlimçilər və iştirakçıların iştirakı ilə AFchamber HR Akademiyasının bağlanış mərasimini keçirdi.

Tədbir AFchamber-in İdarəedici direktoru Zibar Hüseynovanın açılış nitqi ilə başladı. O, biznes idarəçiliyində HR-ların əhəmiyyətini vurğuladı və gənc mütəxəssislərin hazırlanmasında AFchamber HR Akademiyasının rolundan danışdı. AFchamber HR Komitəsinin sədri Samira Nəcəfova qonaqlara 2 aylıq Proqram çərçivəsində görülən işlər barədə məlumat verdi və gənc HR mütəxəssislərin inkişafına dəyərli töhfə verdikləri üçün bütün təlimçilərə təşəkkür etdi. AFchamber İdarə Heyətinin sədri Teybə Quliyeva Palatanın AFchamber HR Akademiyası ilə bağlı biznes ictimasiyyətindən çoxsaylı müsbət rəy aldığını iştirakçılar ilə bölüşdü və Proqramın davam etdirilməli və genişləndirilməli olduğunu vurğuladı. AFchamber HR Komitəsinin sədr müavini Asif Bədəlov Proqramın gənc mütəxəssislərə HR idarəçiliyinin əsaslarını öyrətmək üçün mükəmməl bir vasitə olduğunu bildirdi.

Bağlanış mərasimi iştirakçılara və təlimçilərə sertifikat və mükafatların təqdim olunması ilə davam etdi.

AFchamber HR Akademiyası Palatanın HR Komitəsinin təşəbbüsü ilə hazırlanan gənc kadr və tələbələr üçün 2 aylıq bir proqramdır. Proqramın məqsədi gənc kadr və tələbələrin praktik vasitələrlə bacarıq və biliklərini inkişaf etdirmələrinə, əmək bazarına hazırlaşmalarına kömək edəcək təlim kursları təqdim etməkdir.

AFchamber tərəfdaş şirkətlərə – Alstom Transport Azerbaijan, Baker Tilly Azerbaijan, Bank Respublika, Ekvita, Hyatt Regency Baku, People Pro, PwC Azerbaijan, Opalus Partners Group-a təşəkkürünü bildirir.

Təlimçilərimizə, iştirakçılarımıza və AFchamber HR Akademiyasının həyata keçirilməsində iştirak edən hər kəsə təşəkkür edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.