Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Şirkətinizi tanıtmaq, məhsul və ya xidmətlərinizi yerli, eləcə də beynəlxalq sahibkarlardan ibarət auditoriyaya nümayiş etdirmək üçün sponsorluq imkanları təklif edir.

Palata üzvlərimiz üçün aylıq işgüzar görüşlər, seminarlar, sosial tədbirlər və ziyafətlər təşkil edir, eyni zamanda biznes mühitinə təsir edən məsələləri müzakirə etmək üçün dövlət və özəl sektor rəhbərlərini bir araya gətirir. Bu tədbirlərə sponsorluq etməklə Siz şirkətinizi müxtəlif marketinq vasitələrimizdən istifadə edərək tanıtmaq, əlaqələrinizi genişləndirmək və digər sahibkarlarla işgüzar münasibətlər qurmaq üçün bir platforma əldə edirsiniz.

Sponsorluq imkanlarının iki növü var: İllik və Tədbir Sponsorluğu. Seçdiyiniz paketdən asılı olaraq sponsorluq sizin biznesiniz üçün müxtəlif üstünlüklər təqdim edir.

İllik sponsorluq

  1. CCIAF veb saytının sponsorluq səhifəsində şirkət loqosunun yerləşdirilməsi
  2. Elektron dəvətnamələrdə şirkətin loqosunun əlavə edilməsi.
  3. Aylıq tədbirlərin qarşılanma ekranında şirkət loqosunun yerləşdirilməsi
  4. Bütün aylıq tədbirlərə 2 qonaq dəvət etmək imkanı
  5. Aylıq tədbirlərdən 3-də qısa açılış nitqi ilə çıxış etmək
  6. Bütün aylıq tədbirlərin açılış nitqində şirkətin adının qeyd edilməsi
  7. Şirkət roll-up-nın yerləşdirilməsi
  8. Bütün aylıq tədbirlərin qeydiyyat masasına təbliğat materiallarının yerləşdirilməsi
  9. Aylıq tədbirdə sponsor masası və şirkətinq marketinq materiallarını nümayiş etdirmək imkanı
  10. CCIAF-in aylıq newsletter-də şirkət loqosunun əlavə edilməsi
  11. Şirkət xəbərlərindən birini hər ay sosial media platformalarında yerləşdirilməsi
  12. Aylıq tədbirlərdən birində şirkətin təqdimatı

    Tədbir sponsorluğu

    Təkliflər

    Platin Qızıl

    Gümüş

    Qısa tanıtım nitqi

    Salamlama nitqində şirkət adının qeyd edilməsi
    Tədbirdə sponsor masasının hazırlanması

    Şirkət roll-up-nın yerləşdirilməsi

    Qeydiyyat masasına təbliğat materiallarının yerləşdirilməsi

    3 qonaq dəvət etmə imkanı

    (2 qonaq)

    (1 qonaq)

    Bütün media vasitələrində şirkət adının qeyd edilməsi

    CCIAF vebsayt xəbərində şirkət adının qeyd edilməsi
    Online dəvətnamələrdə şirkət loqosunun yerləşdirilməsi

    İlkin ekranda şirkət loqosunun göstərilməsi
    Ekskluziv sponsorluq (tədbirdə yeganə sponsor olmaq)

     

Ətraflı məlumat üçün [email protected] e-mail ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.