CCIAF Qadın Professionallar Komitəsi vebinar təşkil etdi

CCIAF Qadın Professionallar Komitəsi vebinar təşkil etdi

Sharing is caring!

Qadın Professionallar Komitəsi CCIAF-in üzv şirkəti – PwC Azərbaycanın dəstəyi ilə “Fiziki və emosional enerjini necə bərpa etmək olar?” mövzusunda vebinar keçirdi. Qonaq spiker PwC Avrasiyanın İnsan Resurslarının idarə olunması üzrə lideri Natalya Bekbatirova idi. Vebinarda CCIAF-ə üzv olan bir çox şirkət nümayəndələri iştirak etdi.

İlk öncə Komitənin sədr müavini Nərgiz Mirzə-Vəzirova iştirakçıları salamladı və Komitənin gələcək fəaliyyəti barədə qısa məlumat verdi. Ardınca Natalya Bekbatirova, COVID-19 pandemiyası ilə əlaqəli stres və narahatlıqdan danışdı. İştirakçılarla stressin psixoloji və fiziki əlamətlərini müzakirə etdi. Sonra xanım Bekbatirova bu vəziyyəti yaxşılaşdırmaq, fiziki və emosional sağlamlığı nəzarətdə saxlamağın bir neçə yolunu təqdim etdi.

İnteraktiv vebinar sual-cavab sessiyası ilə başa çatdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.