“Qadın sahibkarlığı və bacarıqların inkişaf etdirilməsi” mövzusunda təlim

“Qadın sahibkarlığı və bacarıqların inkişaf etdirilməsi” mövzusunda təlim

Sharing is caring!

24 sentyabr 2019-cu il tarixində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası və Dubay Ticarət və Sənaye Palatasının birgə təşkilatçılğı ilə qadın sahibkarlar üçün təlim həyata keçirilmişdir. Təlim proqramı bu mövzuları əhatə edirdi:

  • Əsas vəsaitlərin uçotlarının aparılması, məcburi elektron qaimələrin verilməsi və vergi hesabatları;
  • Gəlirlərin idarə edilməsi;
  • Hüquqi məsələlər və müqavilələrin tərtibatı
  • Sosial Media Marketinqi

Tədbirin məqsədi qadınlara sahibkarlıq fəaliyyətinə başlamaq, rəsmiləşdirmək və ya artırmaqda qarşılaşdıqları problemləri müəyyən etmək və onlara strateji həll yollarını tapmaqda kömək etmək idi.

Tədbir Ekvitanın baş Vergi meneceri xanım Günel Hadiyevanın çıxışı ilə başladı. O, vergi uçotu, hesabat və vergi qaydaları haqqında danışdı və Vergi Məcəlləsinə vergi ödəyicilərinin xeyrinə edilən yeni dəyişiklikləri izah etdi.

Ardınca AMFA-nın Layihə meneceri xanım Sevinc Rüstəmova iştirakçılara gəlirlərinin idarə edilməsinin mühüm istiqamətləri olan tələb-təklif, nisbət və qiymət, seqmentasiya, bazar araşdırmasının vacibliyi, proqnozlaşdırma kimi sahələr barədə məlumat verdi.

Sonra Ernst&Young şirkətinin Baş vergi və hüquq meneceri xanım Səbinə Xəlilova sahibkarlara biznesin qurulmasının hüquqi təfərrüatlarını izah etdi. Onlara inzibati işlər, ticarət nişanları və müəllif hüquqları qeydiyyatı, rəsmi sənədlər və müqavilələrin tərtibatı barədə məlumat verdi.

Dərs Evinin Marketinq şöbəsinin müdiri xanım İnarə Mirzə iştrakçılarla sosial media marketinqi ilə bağlı bilik və təcrübələrini bölüşdü, sahibkarlara öz şəxsi brendlərini qurmağa və bizneslərini inkişaf etdirməyə kömək edən bir sıra sosial media idarəetmə vasitələri haqqında danışdı. 

Hər bir sessiya auditoriyadan ünvanlanan sualların cavablandırılması ilə yekunlaşdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.