AFchamber Təhsil Komitəsinin sədr və sədr müavinləri seçildi
AFchamber ölkədə təhsil və biznes sektorları arasında daha yaxşı əlaqəni təşviq etmək məqsədi ilə Təhsil Komitəsini yaratdı. Komitə təhsil proqramlarının əmək bazarı ehtiyaclarına uyğunluğunu artırmaq məqsədi ilə təhsil müəssisələri (ali təhsil və peşə təhsili) ilə özəl şirkətlər arasında dialoq üçün platformanın yaradılmasına dəstək verəcəkdir.
Palatanın İdarə Heyəti yeni yaradılan Təhsil Komitəsinin sədri və sədr müavinlərini seçdi.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə sədr vəzifəsinə, UFAZ-ın tədris şöbəsinin müdiri Lətifə Nəsibova və Baker Tilly Azərbaycanın audit direktoru Elvin Qasımov Komitənin sədr müavinləri seçildi.
Komitə sədri və sədr müavinlərini təbrik edirik və fəaliyyətlərində uğurlar arzu edirik.