AFchamber “Azərbaycan İnvestisiya Şirkətinin yeni strategiyası” mövzusunda görüş keçirdi

AFchamber “Azərbaycan İnvestisiya Şirkətinin yeni strategiyası” mövzusunda görüş keçirdi

Sharing is caring!

AFchamber MEDEF International ilə birlikdə “Azərbaycan İnvestisiya Şirkətinin yeni strategiyası” mövzusunda onlayn görüş keçirdi. Görüşün məqsədi AİŞ-in yeni investisiya imkanları və istiqamətləri barədə AFchamber və MEDEF üzv şirkətlərini məlumatlandırmaq idi. Görüşdə Fransanın Azərbaycandakı səfiri Zacharie Gross, AİŞ-in icraçı direktoru Ülvi Mansurov, Azərbaycanın Fransadakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə diplomatı Suliddin Məmmədov, AZPROMO-nun direktoru Yusif Abdullayev, MEDEF International-ın direktoru Philip Gautier, AFchamber İdarə Heyətinin sədri Teybə Quliyeva, AFchamber və MEDEF üzvlərinin nümayəndələri iştirak etdilər.

Cənab Gautier görüşü açdı. O, ölkədə MEDEF-in fəaliyyətindən bəhs etdi və iki ölkə arasında biznes əlaqələrin inkişaf etdirilməsi üçün AFchamber və MEDEF əməkdaşlığının əhəmiyyətini vurğuladı.

Teybə Quliyeva Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəal olduqlarını və Azərbaycana investisiya yatırmağa davam etdiklərini qeyd etdi. Azərbaycanda maliyyə alətləri, investisiya qoyuluşu vasitələri haqqında yenilikləri bölüşməyin vacibliyini vurğulayaraq bu görüşdə spiker qismində iştirak etdiyinə görə Ülvi Mansurova, fəxri qonaqlara, iştirakçılara və MEDEF-ə əməkdaşlığına görə təşəkkürünü bildirdi.

Səfir Gross Fransa hökumətinin ikitərəfli münasibətləri dərinləşdirmək üçün Azərbaycanla dialoqu davam etdirdiyini bildirdi və Fransa hökumət rəsmilərinin Azərbaycana səfərləri və müsbət nəticələri barədə danışdı. Kooperativ yanaşmanın, dövlət-özəl tərəfdaşlığının hər iki ölkə üçün post-Covid dövründə xüsusilə vacib olduğunu vurğuladı.

Görüşün spikeri cənab Ülvi Mansurov AİŞ haqqında, onun məqsədləri, investisiya prinsipləri və AİŞ ilə investisiyaların üstünlükləri barədə danışdı. O, investisiya üçün prioritet istiqamətləri qeyd edərək bu istiqamətlər – ağır sənaye, kənd təsərrüfatı, qida emalı, əczaçılıq, yaşıl enerji və logistika, barədə ətraflı məlumat verdi.

“Niyə Azərbaycana investisiya etməli” kontekstində Azərbaycanın ikitərəfli investisiya, sərbəst ticarət müqavilələri, ölkənin biznes mühitinin güclü tərəfləri, xüsusi şərtlərdən (İnvestisiya Təşviqi Sənədi), sadələşdirilmiş prosedurlar və gözlənilən islahatlardan bəhs etdi. O, iştirakçılara investisiya mühiti və dövlət maliyyələşdirmə mexanizmləri barədə məlumat verdi.

Onlayn görüş sual-cavab sessiyası ilə davam etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.