1 noyabr 2022-ci il AFchamber “Antiinhisar qanunvericiliyinin pozulması” mövzusunda panel konfrans keçirmişdir.
1 noyabr 2022-ci il AFchamber Vergi, Hüquq və Maliyyə Komitəsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə “Antiinhisar qanunvericiliyinin pozulması” mövzusunda panel konfrans keçirmişdir.
Tədbirin keçirilməsində məqsəd Dövlət Xidməti tərəfindən Antiinhisar qanunvericiliyini pozan özəl şirkətlərlə bağlı son halların müzakirəsi və həyata keçirilən son layihələrin təqdimatı olub.
Tədbir AFchamber Vergi, Hüquq və Maliyyə Komitəsinin sədri Səbinə Xəlilova və Xidmətin baş məsləhətçisi Cəfər Babayevin açılış nitqləri ilə başlayıb.
Tədbirdə Haqsız Rəqabət və Reklam Qanunvericiliyinə Nəzarət şöbəsinin müdiri Şahin Nağıyev, Təbii İnhisarlara Dövlət Nəzarəti şöbəsinin müdiri Xamis Seyranov, Antiinhisar Qanunvericiliyinə Nəzarət şöbəsinin müdiri Fuad Yadigarov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Orxan Məmmədov çıxış edərək özəl şirkətlər arasında kapitalın gücləndirilməsi üçün görülən işlər və gələcək layihələr paketini ətraflı təqdim etdilər.
Təqdimat sual-cavab sessiyası ilə davam edib.
Üzvlərimizə və tərəfdaş şirkətlərimizə tədbirdə fəal iştiraklarına görə təşəkkür edirik.