AFchamber KOBİA ilə işgüzar görüş həyata keçirdi

AFchamber KOBİA ilə işgüzar görüş həyata keçirdi

Sharing is caring!

6 aprel 2022-ci il tarixində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə Heyəti üzvləri, İdarəedici Direktoru ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA-nın) sədr və nümayəndələri arasında işgüzar görüş keçirildi.

KOBİA-nın İdarə Heyətinin sədri cənab Orxan Məmmədov və Palatanın İdarə Heyətinin sədri Teybə Quliyeva, habelə digər üzvləri Elşən Zeynalov, Hassan Aouil, Arzu Hacıyeva, Tatyana Mikayılova və İdarəedici Direktor Zibər Hüseynova görüşdə iştirak etdilər.

Tərəflər görüş zamanı işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi imkanları, birgə tədbirlərin və layihələrin təşkili, dövlət-özəl sektor arasında münasibətlərin gücləndirilməsi sahəsində AFchamber və KOBİA arasında gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdilər. Görüşdə həmçinin Kiçik və Orta Biznesin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulandı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.