AFchamber HR Akademiyası III Uğurla Başa Çatdı
28 yanvar 2023-cü il tarixində təlimçilərin, iştirakçıların və ilk HR Aakademiya məzunlarının iştirakı ilə AFchamber HR Akademiyası III bağlanış mərasimi keçirildi.
Bağlanış mərasimi Afchamber-in icraçı direktoru Zibar Hüseynovanın açılış nitqi ilə başlayıb və o, gənc mütəxəssislərin yetişdirilməsində Afchamber-in HR Akademiyasının rolundan danışıb. O, təlimçilərə, iştirakçılara və AFchamber HR Academy-nin yaranmasında əməyi olan hər kəsə təşəkkür etdi.
İnsan Resursları və Əmək Tənzimləmə Komitəsinin sədri, Alstom şirkətinin ölkə üzrə HR meneceri Samirə Nəcəfova 2 aylıq Proqram çərçivəsində görülən işlər haqqında ümumi məlumat verdi və Proqramın inkişafına və irəliləyişlərə verdiyi dəyərli töhfələrə görə bütün təlimçilərə təşəkkür etdi. Proqram iştirakçıları həmçinin qeyd etdilər ki, AFchamber HR Academy onların karyera yollarını istiqamətləndirmək üçün çox faydalı və məlumatlandırıcı təcrübədir. Təlimçilər HR Akademiyasının gənc mütəxəssislərə HR idarəçiliyinin əsaslarını öyrətmək üçün əla vasitə olduğunu vurğuladılar.
Bağlanış mərasimi sertifikatların, diplomların iştirakçılara və HR Academy III-ün yeni təlimçilərinə isə mükafatların təqdim edilməsi ilə davam edib.
AFchamber HR Academy III gənc kadrlar üzrə mütəxəssislər və məzunlar üçün AFchamber HR Komitəsinin təşəbbüsü ilə həyata keçirilən 2 aylıq proqramdır. Proqramın məqsədi gənc HR mütəxəssislərinə və tələbələrə öz bacarıq və biliklərini praktiki vasitələrlə təkmilləşdirmək, əmək bazarına hazır olmaq üçün təlimlər keçirməkdən ibarətdir.