“AFchamber HR Akademiyası” Proqramı Üçün Müraciətlərin Qəbulu Başladı!
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber) HR və Əməyin Tənzimlənməsi Komitəsi “AFchamber HR Akademiyası” proqramını təqdim edir. “AFchamber HR Akademiyası” proqramı kiçik HR mütəxəssislərinə və tələbələrə bacarıq və biliklərini praktik vasitələrlə inkişaf etdirməyə, əmək bazarına hazır olmağa kömək edəcək təlim kursları təqdim etməyi hədəfləyir.
Proqramda kim iştirak edə bilər:
- Sonuncu kurs bakalavr tələbələri,
- Magistratura tələbələri və ya məzunlar,
- Gənc HR mütəxəssislər (1-3 illik təcrübə)
Tələblər:
– Biznes İdarəetməsi, Humanitar Elmlər, Menecment və ya digər uyğun sahələrdə magistr və ya bakalavr dərəcəsi
– Azərbaycan və İngilis dili biliyi
Siz proqramdan nə əldə edəcəksiniz:
- Əmək bazarında HR idarəetmə tələblərinə cavab verən praktiki və nəzəri biliklər;
- Qlobal HR idarəetmə siyasətləri;
- HR hesabatlarının hazırlanması və HR proseslərinin monitorinqi;
- E-gov onlayn platformasında insan resursları ilə əlaqəli xidmətlərdən istifadə qaydaları;
- Effektiv işə qəbul və seçim proseslərinin əsas elementləri;
- Əmək Məcəlləsinə əsasən işçilərlə münasibətlərin idarə edilməsi;
- Aparıcı şirkətlərdə təcrübə imkanı – Proqramın sonunda iştirakçılar imtahan verəcək və imtahandan uğurla keçən tələbələr təcrübə imkanı əldə edəcək.
Ödəniş: (Ödəniş təlimin logistik xərclərini ödəyəcək, Palata proqramdan heç bir gəlir əldə etmir)
Tələbələr: ödənişsiz
Üzv şirkətlər: 200 AZN
Qeyri-üzv şirkətlər: 400 AZN
Müddət: 3 ay (Seminarlar fiziki formatda keçiriləcək)
Proqramın başlama tarixi: Fevral ayı
İşçi dil: Azərbaycan və ingilis dili
Müraciət üçün son tarix: 26 mart 2024, 18:00
Bu fürsətdən yararlanmaq üçün CV-nizi və motivasiya məktubunu email-in mövzu hissəsində proqramın adını (AFchamber HR Academy) qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız intervyu mərhələsi üçün seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Ətraflı məlumat üçün linkdən istifadə edin: