AFchamber HR Akademiyası proqramına start verildi
1 May 2021-ci ildə AFchamber HR Akademiyasına start verildi. 2 aylıq Proqram gənc kadrlar və tələbələrin praktik vasitələrlə bacarıq və biliklərini inkişaf etdirmələrinə, əmək bazarına hazırlaşmalarına kömək edəcək təlim kursları təqdim etməyi hədəfləyir.
Proqramın ilk təlim sessiyası AFchamber-in İdarəedici direktoru Zibər Hüseynovanın açılış nitqi ilə başladı. O, AFchamber HR Akademiyası və onun məqsədləri haqqında iştirakçılara məlumat verdi və tərəfdaş şirkətlərə təşəkkürünü bildirdi. İnsan Resursları və Əməyin Tənzimlənməsi Komitəsinin sədri Samirə Nəcəfova iştirakçılara AFchamber “HR Akademiyası” proqramının təfərrüatları barədə məlumat verdi.
“Opalus Partners Group” şirkətinim İcraçı Direktoru Çimnaz Qasımova ilk sessiyada təlimçi qismində iştirak etdi. O, HR İdarəetməsində 20 illik təcrübəsini iştirakçılarla bölüşdü. HR İdarəetməsinin təməl xüsusiyyətlərindən, biznes mühitinə uyğun HR sahəsinin təkamülündən bəhs etdi, eləcə də HR-ın müasir rolunu iştirakçılara izah etdi. İnteraktiv sessiya zamanı iştirakçılar praktik tapşırıqlar üzərində işlədilər.