AFchamber illik Ümumi Yığıncağını keçirib
29 iyun 2022-ci ildə AFchamber illik Ümumi Yığıncağını keçirib. Tədbirə üzv şirkətlərin nümayəndələri qatılıb.
Ümumi Yığıncaq iki yeni İdarə Heyəti üzvü seçib – Ülviyyə Zeynalova-Boçkin, “Dentons” şirkətinin Bakı Ofisinin Ortağı və İdarəedici Məsul Şəxsi və Mövlan Paşayev, PraysvoterhausKupers İstern Yurop B.V.” şirkətinin Ölkə üzrə İdarəedici Partnyoru.
Tədbir Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarəedici direktoru Zibər Hüseynovanın və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Teybə Quliyevanın açılış nitqləri ilə başlayıb. Onlar Afchamber üzvlərinə Palatanın fəaliyyəti barədə qısa məlumat veriblər.
Ümumi yığıncaq networking sessiyası ilə davam edib.