AFchamber İdarə Heyətinin Sədri Teybə Quliyeva “Order of the Legion of Honour” ordeni ilə təltif edilib

AFchamber İdarə Heyətinin Sədri Teybə Quliyeva “Order of the Legion of Honour” ordeni ilə təltif edilib

Sharing is caring!

9 iyun 2022-ci il tarixində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının sədri, Societe Generale Corporate & Investment Banking-in regional nümayəndəsi Teybə Quliyeva “National Order of the Legion of Honour” ordeni ilə təltif edilib.

Tədbir Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun açılış nitqi ilə başlayıb. Cənab Zakari Qross ordeni Teybə Quliyevaya təqdim edib.

Səfir Palatanın iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Səfirin çıxışından və fəxri mükafatın təqdimatından sonra söz Teybə Quliyevaya verilib. O, bu yüksək mükafata görə Fransa hökumətinə təşəkkür edib və Fransa-Azərbaycan əlaqələrinin inkişafına töhfə verməkdən şad olduğunu qeyd edib.

İdarə Heyətinin Sədri xanım Teybə Quliyevanı layiq olduğu uğura görə ürəkdən təbrik edir və bundan sonra da birgə nailiyyətlərə imza atmağı arzu edirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.